“Etimadımı doğrultmasanız, sizi çox ciddi cəza gözləyir” – Prezidentdən   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Etimadımı doğrultmasanız, sizi çox ciddi cəza gözləyir” – Prezidentdən XƏBƏRDARLIQ

Siyasət

04 Dekabr 2019 15:18 1574


"Bir sözlə, sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyibİlham Əliyev yeni icra başçılarına xəbərdarlıq edib: 

"İndiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Dördpendirli pizza

Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, “Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!