Naxçıvanda ehtiyatda olan hərbçilər toplanışa çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ehtiyatda olan hərbçilər toplanışa çağırıldı

Siyasət

28 Noyabr 2025 16:57 550


Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. pizza hut

Onlarla müxtəlif mövzularda maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra olunub, ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, həmçinin atıcı silahlardan atış çalışmaları yerinə yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!