Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin əldə edilməsində və daşınmasında şübhəli bilinən əvvəllər məhkum edilmiş, Yevlax rayon sakini T.Nadirovu saxlayıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman cibindən güclü təsiredici qüvvəyə malik narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun müxtəlif vaxtlarda törətdiyi oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxs 30 ədəd ev quşları oğurlayaraq ümumilikdə vətəndaşlara 2000 manatdan çox ziyan vurduğu da müəyyən edilib. Dindirilmə zaman o, törətdiyi cinayət əməllərini etriaf edib.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır. pizza sifarişi
Telegram kanalımız