Ev sahibi oğrunu döyərək polisə təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Ev sahibi oğrunu döyərək polisə təhvil verdi

Kriminal

13 Aprel 2019 18:46 816


Ağcabədidə evə oğurluğa girən şəxs döyülərək polisə təhvil verilib.

Ağcabədi şəhəri, Zülfi Adıgözəlov küçəsində yaşayan Kərimov Məhəmmədəli Eldar oğlu səhər saat 05 radələrində işdən gələrkən evin həyətindən səs eşidib və həyətə nəzərə yetirdikdə əvvəllər tanımadığı şəxsin əlində su mühəriki və qazan tutub dayandığını görüb. Həmin şəxs onu görən kimi əlindəki əşyaları atıb qaçmağa başlayıb. Oğru hasara dırmaşmaq istəyərkən Məhəmmədəli Kərimov onu tutub. Oğru ev sahibini yumruqla vurmaq istəyib, lakin Məhəmmədəli Kərimov əlbəyaxa döyüş növləri üzrə idman ustası olduğundan özünü müdafiə edib və oğurluq edən şəxsə yumruq zərbələri endirib.

Qonşuluqda yaşayan şəxslər səsə gələrək oğrunu ev sahibinin əlindən alıblar. Daha sonra Məhəmmədəli Kərimov polis şöbəsinə zəng edərək hadisə barədə məlumat verib. İlkin araşdırmalar zamanı məlum olub ki, oğurluq edən şəxs Xocəvənd rayon sakini, Ağcabədi rayonu Hüsülü kəndində məskunlaşan 1988-ci il təvəllüdlü Quliyev Cəsarət Akif oğludur. Dominos pizza

ona.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!