Evdən oğurluq edən gənclər saxlanıldılar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Evdən oğurluq edən gənclər saxlanıldılar - Foto

Kriminal

30 Yanvar 2020 08:50 1345


Qubada fərdi yaşayış evindən oğurluq edən gənclər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakin X.Səfixanov yanvarın 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, zərərçəkənin qohumu R.Teymurxanov, M.Məmmədov və T.Orucov saxlanılıblar. pizza sifarişi

Saxlanılan zaman oğurluq yolu ilə əldə edilən müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!