Evimizin ilk qonağı Prezident oldu – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Evimizin ilk qonağı Prezident oldu – VİDEO

Sosial

15 Yanvar 2026 15:48 317


Baku TV artıq dörd aydır Xocavənd rayonunun Hadrut qəsəbəsində məskunlaşan Mustafayevlər ailəsinin qonağı olub.

Qəsəbə sakini Zahid Mustafayev bildirib ki, doğma yurda dönüşdən sonra uzun illərlə davam edən həsrət bitib.

"4 aydır burdayıq. Hadruta qayıtmağım 37 il çəkib, ancaq indi elə bilirəm ki, arada o illər olmayıb. Bu 4 ay o illəri bağladı. Burada insan üçün lazım olan hər şey var - təmiz havası, suyu, yaşayış şəraiti. Normal həyat tərzi üçün nə lazımdırsa, təmin olunub", - deyə o qeyd edib. pizza sifarişi

Ev sahibəsi Flora Mustafayeva isə deyib: "Buranın xoş ab-havası var. Səhərlər yaz havası kimi hiss olunur. Bir il sonra buralar indikindən də gözəl olacaq. Buranın təbiəti o qədər gözəldir ki, torpağa atdığın hər tumun bəhrəsini görürsən".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!