Evində narkotik vasitələr gizlədən Salyan sakini həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Evində narkotik vasitələr gizlədən Salyan sakini həbs edildi

Kriminal

17 Aprel 2019 02:51 1017


Salyan sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib.

ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Salyan polisinin əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətdə 8 ədəd çətənə bitkisi aşkar edilib.

Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib. Dördpendirli pizza

Faktla bağı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!