Evinin qapısını heyvanların üzünə açdı - 300 it, yüzlərlə pişik...

saytların hazırlanması

Evə çatdırılma

Evinin qapısını heyvanların üzünə açdı - 300 it, yüzlərlə pişik...

Maraqlı

16 Oktyabr 2020 15:02 1250


Meksikanın Yukatan yarımadasına təsir edən Delta qasırğasından sonra heyvansevər Rikardo Pimentel evinin qapılarını yüzlərlə heyvana açıb.

Yenisabah.az xəbər verir ki, o, hazırda təxminən 300 iti, yüzlərlə pişiyi evində saxlayır. Bununla yanaşı heyvansevər evində toyuq və dovşan da saxlayır.

Pimentel məsələ ilə bağlı mətbuata açıqlama verərəkən evinin bərbad qoxduğunu, lakin heyvanları qoruduğu üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb: pizza

“Evin çirkli olmasının heç bir əhəmiyyəti yoxdur, axı təmizlənə bilər. Bu fikrim qırılan və tökülən şeylərə də aiddir. Onların sağlam və təhlükəsiz vəziyyətdə olmasını təmin etmək və övladlığa götürmək xoş hiss verir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!