Meyxanaçı Namiq Qaraçuxurlu İTV-də yayımlanan “Fatehin divanı” proqramının qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, 41 yaşlı meyxanaçı evliliyinin onu çox dəyişdirdiyini etiraf edib:
“Evlilik məni çox dəyişib. İlk növbədə əvvəllər hansısa addımı atırdımsa, artıq bunu etmirəm. Maddi baxımdan artıq özünü fikirləşməyə başlayırsan. Adını daha çox qorumağa başlayırsan”. Pepperoni pizza
O, Almaniyaya köçmək arzusunun olduğunu, həyata keçməməsinin səbəbini də açıqlayıb:
“Ən sevdiyim ölkə Almaniyadır. Köln şəhərində olmuşam. Bir ara oraya köçmək istəyirdim. Getdim 15 gün bir evdə qaldım ki, görüm sakin kimi yaşaya bilirəm? Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq. Ona görə də fikrimdən daşındım”.
Telegram kanalımız