Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edilməsi haqda sərəncam imzalayıb. Sərəncamla Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
“Yeni Sabah” Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yeni sədri ilə bağlı maraqlı faktları təqdim edir:
Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub. Marqarita pizza
1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub.
2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.
O, ötən həftə Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilmişdi.
Nazim Hacıyev
Telegram kanalımız