Dekabrın 26-da Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Görüşdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Azərbaycan-Ermənistan-Rusiya liderləri arasında üçtərəfli görüş olmayacaq. Yalnız ikitərəfli söhbətlər nəzərdə tutulub.
Bununla belə qeyri-rəsmi zirvədə Vladimir Putin çıxışı əsnasında bildirib ki, MDB ölkələri arasında bir sıra fikir ayrılıqları mövcuddur və onların həlli üçün Rusiya səylər göstərir. Bir sıra analitiklərin fikrincə bu, Qarabağ məsələsində Kremlin yeganə moderator olma istəməsi kimi yozub.
Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev MDB toplantısının qeyri-rəsmi formatda olduğunu xatırladıb: Marqarita pizza
“MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü sadəcə olaraq qeyri-formal xarakter daşıyırdı və hər hansı bir tutarlı məsələ müzakirə olunmayıb. Ona görə də görüşdən sonra hemç bir açıqlama verilmədi”.
F. Şəfiyevin fikrincə, üçtərəfli görüşün baş tutmasına dair hər hansı bir gözlənti yox idi:
“Əvvəlcədən bilirdik ki, üçtərəfli formatda görüş olmayacaq. Ona görə ki üçtərəfi görüşün olmasını elə Ermənistan tərəfinin özü mənasız edib. Zirvə görüşündən əvvəl xarici işlər nazirləri Moskvada bir araya gəlməli idi. Ceyhun Bayramov Moskvaya getdi, lakin onun erməni vəzifədaşı bundan boyun qaçırdı”.
BMTM sədrinin qənaətinə görə, Brüsseldə olan görüş də Ermənistan tərəfindən bloklanıb:
“Onlar belə bir şərt irəli sürdü ki, orada Fransa prezidenti Emmanuel Makron da iştirak etsin. Bu da faktiki olaraq üçtərəfli formatın pozulması deməkdir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız