“Əvvəllər Ermənistanın indiki hakimiyyəti deyirdi: “Arsax – Ermənistan, nöqtə”, indi isə “Arsax – Azərbaycan, nöqtə” deyir. Ona görə də getməlidir, nöqtə”.
Yenisabah.az xəbər verir ki, bunu mayın 12-də Müqavimət hərəkatının İrəvanda keçirilən mitinqində Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.
O xatırladıb ki, düz bir il əvvəl Ermənistan hakimiyyətinin hərəkətləri nəticəsində Azərbaycan Ermənistanın Sünik rayonuna daxil olub və Sevliçi ələ keçirib. Toyuqlu pizza
“Ermənistanın indiki hakimiyyət orqanları bu günü də murdarladılar və dedilər: bu gölün hansı 30%-i toqquşmaya getməli idi?
Bu, indiki hakimiyyətin bu və ya digər torpağın bizim olmadığını bəyan edən simasıdır”, – Saqatelyan deyib.Konkret.az
Telegram kanalımız