Eynulla Fətullayev məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Eynulla Fətullayev məhkəməyə verildi

Kriminal

13 Mart 2020 14:55 2271


Tanınmış jurnalist Eynulla Fətullayev hakim qarşısına çıxacaq.

“Yenisabah”ın məlumatına görə, mart ayının 17-də Yasamal Rayon məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə Eynulla Emin oğlu Fətullayevin məhkəməsinin hazırlıq iclası keçiriləcək.

Mart ayının 6-da məhkəmə prosesi keçirilməli olsa da tərəflər gəlmədiyinə görə məhkəmə prosesi təxirə salınıb. Marqarita pizza

Qeyd edək ki, məhkəməyə Eynulla Fətullayev barəsində xüsusi ittiham qaydasında şikayət verilib. Belə ki, cinayət məcəlləsinin 148 (böhtan) maddəsi ilə məhkəmə baxışı keçiriləcək. Tanınmış jurnalisti məhkəməyə verən şəxsin adını isə dəqiqləşdirə bilmədik.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!