“Facebook“dan   Yenilik

saytların hazırlanması

Evə çatdırılma

“Facebook“dan Yenilik

Dünya

01 Noyabr 2019 17:27 1797


2016-cı ildə "Facebook" şirkəti istənilən istifadəçi tərəfindən aktivləşdirilə bilən "Secret Conversations" funksiyasını istifadəyə vermişdi. İndi isə sosial şəbəkənin mütəxəssisləri bu təhlükəsizlik sistemini səsli və videozənglər üçün sınaqdan keçirirlər.

"Yeni Sabah" "ictnews"a istinadla xəbər verir ki, "Facebook" sosial şəbəkəsi "Secret Conversations" funksiyasının imkanlarını genişləndirməyi planlaşdırır. Açıqlanmamış funksiyaları aşkar etmək üçün mobil tətbiqlərin təhlili ilə məşğul olan jurnalist Ceyn Mançun Vonqun sözlərinə görə, sosial şəbəkə "Secret Conversations" funksiyası üzərindən səsli və videozəngləri sınaqdan keçirir.

2016-cı ildə "Facebook" tərəfindən istifadəyə verilmiş "Secret Conversations" funksiyası "Messenger"də çatları kənar müdaxilələrdən qorumaq üçün onları şifrləməyə imkan verir. Sözügedən messencerdə "WhatsApp"da tətbiq edilmiş eyni şifrləmə texnologiyasından istifadə edilir. Sezar pizza

Jurnalistlər iddia edirlər ki, "Messenger" mobil proqramında sözügedən funksiyadan istifadə üçün öz profil şəklinin üzərinə sıxmaq, "Secret Conversations" bölməsinə keçmək və bundan sonra onu aktivləşdirmək lazımdır. Nəticədə istifadəçi və mesajı qəbul edəndən başqa heç kim çata müdaxilə edə bilməyəcək. Bundan başqa, mesajlaşma yalnız seçilmiş qurğuda görsənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!