Faciədən geriyə qalan   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Faciədən geriyə qalan FOTO

Hadisə

20 Fevral 2022 21:29 1134


Xəbər verdiyimiz kimi, fevralın 17-də Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Yenisabah.az xəbər verir ki, faciəli şəkildə həlak olan ailə üzvləri hadisədən bir gün sonra Qusarda dəfn olunub.

Ailə üzvlərinin məzarları yanaşı qazılıb. Onlar eyni sırada torpağa tapşırılıb. Dördpendirli pizza

Qeyd edək ki, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişmişdi. Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes” markalı avtomobil körpüdən aşmışdı. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə də hadisə yerində ölmüşdü.

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!