Bu ərazilərə güclü qar yağıb, şaxta olub -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə güclü qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Sosial

01 Yanvar 2026 12:03 1762


Yanvarın 1-i saat 11:00-a olan məlumata əsasən gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir. pizza mizza

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!