Lerikə 116 sm qar yağıb -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Lerikə 116 sm qar yağıb - FAKTİKİ HAVA

Sosial

21 Yanvar 2026 10:35 771


Yanvarın 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Sulu qar, qar yağır.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Yağan qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24, Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13, İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər, Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və Naftalanda 1 sm-dir. pizza hut

Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1 mm-dir.

Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 2, Naxçıvan MR-da 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşəcəyi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!