Qar yağıb, 12 dərəcə şaxta olub -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Qar yağıb, 12 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Sosial

29 Dekabr 2025 11:47 402


Dekabrın 29-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bu barədə “Yeni Sabah” Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Dördpendirli pizza

Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm -dir.

Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5, Cocuq-mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa, İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən, Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 mm-dir.

Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay, Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Naxçıvan MR-da 10, Aran rayonlarında 5, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!