Fatih Terimdən dünya futbolunu şoka salacaq TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Fatih Terimdən dünya futbolunu şoka salacaq TƏKLİF

İdman

11 Fevral 2025 20:41 510


"Əl Şabab"-ın baş məşqçisi Fatih Terim maraqlı açıqlaması ilə gündəmə gəlib.

Yenisabah.az türk mediasına istinadən xəbər verir ki, o, futbol dünyasını yenidən şəkilləndirə biləcək təklif irəli sürüb. Sarı vərəqə cəzası ilə bağlı danışan mütəxəssis oyunçunun vərəqə cəzasını çəkəcəyi matçın klub tərəfindən müəyyən edilməli olduğunu bildirib. Bu qaydanın tətbiqinin futbolsevərlərin sevimli oyunçularını ən yaxşı matçda izləmələrinə imkan yaradacağını qeyd edib.

"Bir mövsüm ərzində 4 və ya onun qatına çatan sarı vərəqə sayına çatmış futbolçular cəzalarını komandalarının növbəti 4 matçından birində çəkə bilərlər. Oyunçunun bu cəzanı hansı matçda çəkəcəyini öz klubu müəyyən etməli, Futbol Federasiyasına isə bu barədə matçın ertəsi günü məlumat verilməlidir. Əgər bu vəziyyət 4 həftə qalmış baş verərsə, qalan matçlardan biri seçilər. Bu, hər kəsin məmnun olacağı və heç kəsin şübhə altında qalmayacağı bir nümunə olar. Beləliklə, hakimlər də təzyiqdən təsirlənmədən daha rahat şəkildə matç idarə edərlər". Sezar pizza

Fatih Terimin bu təklifi geniş müzakirələrə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!