Fatih Terimin komandasında böhran - Maaş ala bilmirlər

saytların hazırlanması

Evə çatdırılma

Fatih Terimin komandasında böhran - Maaş ala bilmirlər

İdman

04 Mart 2025 14:52 236


Fatih Terimin baş məşqçisi olduğu Səudiyyə Ərəbistanının "Əl-Şəbab" futbol komandasında böhran yaşanır.

Yenisabah.az xəbər verir ki, futbolçuların 3 aydır maaşlarını ala bilmədikləri və bu səbəbdən rəhbərliyə qarşı narazılıq göstərdikləri bildirilib. Bu vəziyyət nəticəsində komandanın idarə heyətində də bir sıra istefalar baş verib.

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, futbolçular maaşlarının ödənməməsi səbəbindən rəhbərliyə qarşı şikayət ediblər. Bu, komandanın daxilindəki gərginliyi artırıb. Mətbuatın suallarını cavablandırmayan "Əl-Şəbab"ın prezidenti Mohamad Almunajem-in siyasəti də narazılıqlara səbəb olub. Dördpendirli pizza

Almunajem-in rəhbərliyindən məmnun olmayan bəzi idarə heyəti üzvləri istefa ərizəsi veriblər.

Qeyd edək ki, "Əl-Şəbab" hazırda 39 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı sırasındadır və 23 həftədir ki, nəticələrdə geriləyir./Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!