Fatimədən Günellə bağlı şok açıqlama:   “Dərmana oturub“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Fatimədən Günellə bağlı şok açıqlama: “Dərmana oturub“ - Video

Şou

11 Noyabr 2019 13:28 1481


Rəqqasə Fatimə Fətəliyeva dərmanla arıqlayan məşhurları biabır edib.

"Yeni Sabah" xəbər verir ki, “ATV Maqazin 10-larla” verilişində açıqlama verən rəqqasə müxtəlif dərmanlar və çaylarla arıqlayanların vəziyyətlərinin yaxşı olmadığını bildirib.  

“Pişik” ləqəbli Güneli biabır edən Fatimə ona söz atıb: pizza

“Özünə pişik deməsin. Artıq pişiklik bir şey qalmayıb. Arıqladıcı dərmanlardan da uzaq olsun. Çünki həmin insanlarda vəziyyətin yaxşılığa doğru getmədiyini eşitmişəm. Dərmanlardan uzaq olmayı tövsiyə edirəm. İnsan vücuduna ziyandir. Məşhurlar həmin dərmanlarla kilo verdiklərinə sevinirlər. Amma sonra onun fəsadları olur”.

Rəqqasə özünü formada saxlamasına görə rəqsə borclu olduğunu bildirib:

“İnsanın vücudunu, ruhunu sağlam saxlayan rəqs və musiqidir”.

Qeyd edək ki, bir müddət öncə adı dərman qalmaqalında hallanan Günel dərmanla arıqladığını, heç bir pəhriz saxlamadığını etiraf edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!