Fazil Mustafa Amil Xəlilin müdafiəsinə qalxdı:   “Söyüş söyməyib, təhqir etməyib”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa Amil Xəlilin müdafiəsinə qalxdı: “Söyüş söyməyib, təhqir etməyib”

Sosial

10 Yanvar 2026 15:54 7979


Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşıb. 

"Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilişlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm" - deputat əlavə edib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ayşən
    Bu insan hec bir pis söz demeyib. İnanın Allaha ki, telebe vaxtimda rayonlardan gelen bezi telebe qiz yoldaşlarim özlərini ele aparırdılar ki guya bunlar Şakira idilər. Ne deyibse düz deyib, hele az deyib. Nolub belə, hami süddən çıxma ag qaşıqdir axi bu ölkədə. O qeder vacib meseleler var ki qalib qiragda
    4 months ago
  • Eldəniz Əliyev
    Amil Xəlil yaxşı aparıcıdır
    4 months ago
  • Günka
    Salam
    4 months ago