Fazil Mustafadan təbrizli futbolçu üçün Ərdoğana müraciət

Fazil Mustafadan təbrizli futbolçu üçün Ərdoğana müraciət

İdman Veb saytların hazırlanması

17 Oktyabr 2019 12:13 1001


Xəbər verdiyimiz kimi, Təbrizin “Traktor” klubunun futbolçusu Mehdi Bəbri Türkiyənin "Barış Pınarı" hərəkatına dəstək məqsədilə "Instagram" səhifəsində türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılmış və bu paylaşımı silməyə məcbur edilib.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa şəxsi “Facebook” ünvanında məsələyə münasibət bildirib:

"Traktor"un oyunçusu Mehdi Bəbri "Barış Pınarı" hərəkatına dəstəyini göstərərək İnstaqram səhifəsində Türkiyə əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılmış və bu paylaşımı silməyə məcbur edilmişdir. Əlbəttə, bəyənməsək də, bu, İranın daxili işi olduğuna görə həmin qərarın şərhini vermək istəməzdim. 

İndi buyurub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öncə gələn klublarına müraciət etsin ki, "Traktor"un oyunçusu Mehdi Bəbrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər. Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki bu Bəbir Mehdi də özbəöz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və türk üçün oynayacaq!!! Bunun türk əsgərinə və bütövlükdə türk millətinə gətirəcəyi moralı izah etməmizə gərək varmı? 

Yeri gəlmişkən, bunu "Qarabağ" da edə bilər. "Qarabağ"ın büdcəsi azdır deyə, bu işi ilk öncə Türkiyə klublarının boynuna qoymaq istədim”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!