Fazil Qasımov barədə həbs qərarı çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Fazil Qasımov barədə həbs qərarı çıxarıldı

Maraqlı

08 Avqust 2023 17:30 2724


Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımovun barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Fazil Qasımovun barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib. pizza

O, Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilib.

Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!