Fədayə Laçına azadlığa çıxa bilər

saytların hazırlanması

Evə çatdırılma

Fədayə Laçına azadlığa çıxa bilər

Kriminal

08 Aprel 2019 22:48 1244


Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

F.Laçının vəkili Nurəngiz Qarayeva Trend-ə açıqlamasında bildirib ki, o, prosesdə müdafiə çıxışı edib. Vəkil Fədayə Laçının ailə vəziyyəti və səhhətindəki problemin nəzərə alınmasını xahiş edib və məhkəmədən onun cəzasının şərti cəza ilə əvəz edilməsini istəyib.

Proses aprelin 15-də davam etdiriləcək. Pepperoni pizza

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!