“Ferentsvaroş”un azərbaycanlı prezidenti Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Ferentsvaroş”un azərbaycanlı prezidenti Bakıya gəldi

İdman

02 Avqust 2022 22:38 1144


Macarıstanın "Ferentsvaroş" klubunun əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib.

Yenisabah.az xəbər verir ki, o, şəxsi təyyarəsi ilə yenicə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Funksioner Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyurub. pizza hut

Kubatovun Azərbaycanla bağlılığına da toxunan mənbə bildirib ki, Macarıstan parlamentinin deputatı vikipediyada naxçıvanlı kimi göstərilsə də, onun anası əslən Quba yəhudilərindədir: "Onların təqribən 100 il öncə Macarıstana köçdükləri barədə məlumatlar var".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!