Fərid Səfərliyə son söz üçün möhlət verildi

saytların hazırlanması

Evə çatdırılma

Fərid Səfərliyə son söz üçün möhlət verildi

Maraqlı

02 Avqust 2023 12:14 1864


İranda casusluq ittihamı ilə saxlanılan Yena Universitetinin 27 yaşlı azərbaycanlı tələbəsi Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib.

Yenisabah.az Oxu.az-a istinadla xəbər verir ki, bunu onun anası Dilarə Əsgərova bildirib.

Onun sözlərinə görə, oğlu məhkəmədə təzyiqə məruz qalır: Pepperoni pizza

"Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib".

F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib və həbs olunub. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı etiraz notası verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!