Fermadan qoyunları oğurladılar

saytların hazırlanması

Evə çatdırılma

Fermadan qoyunları oğurladılar

Kriminal

06 Mart 2020 05:16 788


Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Xoylu kənd sakini Abbas Səfərov ona məxsus, ümumi dəyəri 960 manat olan, 6 baş xırdabuynuzlu heyvanın kənd ərazisindəki fermasından oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə,  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 2 mart 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları fermadan Goranboy rayon Şadılı kənd sakinləri, 28 yaşlı Fərid Cəfərov və 25 yaşlı Telman İsgəndərov oğurlayıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!