Bu gün "Ferrari"nin monakolu pilotu Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub.
“Yeni Sabah” xəbər verir ki, Spa şəhərində təşkil olunan mövsümün 13-cü yarışında bütün rəqiblərini qabaqlayan Lekler Belçika Qran-prisində birinci olub və karyerasında ilk qələbəsini qazanıb. "Mercedes"in britaniyalı pilotu Luis Hemilton yarışı ikinci, komanda yoldaşı Valtteri Bottas isə üçüncü pillədə başa vurublar.
Pilotların cədvəlinə 268 xalla Hemilton başçılıq edir. Bottas 203 xalla ikinci, Maks Ferstappen ("Red Bull Racing") isə 181 xalla üçüncüdür. Marqarita pizza
Növbəti yarış sentyabrın 6-8-də İtaliyada təşkil olunacaq.
Telegram kanalımız