FETÖ-çünün “Twitter“dəki paylaşımı bəyənildi, ABŞ diplomatı Türkiyə XİN-nə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

FETÖ-çünün “Twitter“dəki paylaşımı bəyənildi, ABŞ diplomatı Türkiyə XİN-nə çağırıldı

Siyasət

06 Oktyabr 2019 15:11 1166


ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Amerika Səfirliyinin hesabının "Twitter"də FETÖ tərəfdarının xəbərinə dəstək verməsinə görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika diplomatı Ceffri Hoven izahat işi üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, ABŞ səfirliyindən sosial şəbəkədə FETÖ tərəfdarı, terrorçu Ergün Babakanın xəbəri  bəyənilib. pizza

Xatırladaq ki, Ergün Babakan hələ 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhddən sonra Türkiyəni tərk edib.

O, "Twitter" hesabında MHP lideri Devlət Baxçeli ilə bağlı düşmənçiliyi təbliğ edən paylaşımlar edir.

ABŞ-ın Türkiyədə səfirliyindən məsələ ilə bağlı açıqlamada bildirilib ki, "Twitter"də terroçunun xəbərinə "səhvən" bəyənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!