Fəzail Ağamalı ilə oğlu arasında partiya Qurultayında   DAVA DÜŞDÜ - ŞOK SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı ilə oğlu arasında partiya Qurultayında DAVA DÜŞDÜ - ŞOK SƏBƏB

Siyasət

25 Oktyabr 2025 14:46 1357


Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb. 

Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.  pizza sifarişi

Faktı Elçin Ağamalı da Demokrat.az-a təsdiq edib:

"Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!