Fəzail Ağamalı YAP-ın təşəbbüsünü dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı YAP-ın təşəbbüsünü dəstəklədi

Siyasət

28 Noyabr 2019 10:36 949


Parlamentdə təmsil olunan Ana Vətən Partiyası (AVP) hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyir. 

Bu barədə Yenisabah.az-a açıqlamasında AVP sədri Fəzail Ağamalı bildirib. 

“Bu barədə mətbuat vasitəsilə əldə etdik. Bizə bəlli oldu ki Yeni Azərbaycan Partiyasının bu iclasının qərarı rəsmi şəkildə günün ikinci yarısında elan olunacaq. Təbii ki, onda daha geniş şəkildə bunun üzərində dayanmaq olar. Hər halda bu addımı müsbət dəyərləndirik. Düşünürəm ki, bu addım ölkəmizdə gedən islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir”. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!