Fəzail Ağamalının SƏHHƏTİ PİSLƏŞDİ - TƏCİLİ həkim gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalının SƏHHƏTİ PİSLƏŞDİ - TƏCİLİ həkim gətirildi

Siyasət

26 Oktyabr 2025 14:30 4318


Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib. 

Manset.az-ın əldə etdiyi məlumata görə, dünən gecə anidən Fəzail Ağamalının sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikalardan birindən təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicə təyin edilib. 

Faktı Manset.az-a Fəzail Ağamalı təsdiq edib. O bildirib ki, dünən qurultayda baş verənlər ona pis təsir edib: pizza mizza

"Dünən olanlardan mən hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis hiss etməyə başladım. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stressdən və əsəb gərginliyindən olub. Bilirsiniz, mən ürəyimdən əməliyyat olunmuşam. Çox təəssüf ki, oğlum buna baxmayaraq hələ də peşman deyil".

Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən gün keçirilən qurultayında qalmaqal yaşanıb. F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə
    Fazil Ağamalı pis iş tutub. Oğul varsa hər şeydə varis oğul olmalıdır. ALLAH etməsin öləndə oğulu çağıracaqsan; gəlməsə başlayacaqlar qınamağa. Bəs varisdə oğul olmalıdır
    7 months ago