Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə, istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri vətəndaşı xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.
Telegram kanalımız