FHN-də müavinlər müəmması -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

FHN-də müavinlər müəmması - FOTO

Siyasət

17 Fevral 2026 17:25 1658


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 3 müavini - general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev vəzifələrindən azad ediliblər. Bu məlumat fevralın 14-də yayılıb.

Yenə mətbuatın yazdığına görə, K.Heydərova 2 yeni müavin də təyin olunub. Bunlar Yusif Nəbiyev və Cəbrayıl Xanlarovdur.

E.Mirzəyev mətbuata açıqlamasında məlumatı təsdiqləyib və yaşa görə təqaüdə çıxdığını bildirib. Bu açıqlama istisna olmaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən müavinlərin vəzifədən azad olunması və yeni təyinatlarla ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Bununla bağlı sərəncamlar da dərc edilməyib. Pepperoni pizza

“Yeni Sabah” məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.

Qurumun nümayəndəsi sorğunu aldıqlarını və cavablandıracaqlarını söyləyib. Lakin 2 gün ötməsinə baxmayaraq nazirlikdən səs-soraq çıxmayıb.

Bundan başqa, FHN-nin rəsmi saytında da dəyişiklik edilməyib. Nazirliyin rəhbərlik bölməsində Faiq Tağızadə, Etibar Mirzəyev və Orucəli Hacıyev hələ də müavin kimi qalır.

Yusif Nəbiyev və Cəbrayıl Xanlarovun adı isə saytda yoxdur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!