FHN əhaliyə qaz cihazları ilə diqqətli davranmanı tövsiyə etdi

saytların hazırlanması

Evə çatdırılma

FHN əhaliyə qaz cihazları ilə diqqətli davranmanı tövsiyə etdi

Sosial

15 Dekabr 2025 10:35 263


Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, nazirlik qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinin sonda acı nəticələrə səbəb ola biləcəyini xatıradıb.

Dəm qazının iysiz olduğu və hiss edilmədiyi nəzərə alınaraq, mümkün fəsadların qarşısının alınması üçün FHN aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır: pizza hut

• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!