FHN şadlıq sarayının qapısına qıfıl vurdu

saytların hazırlanması

Evə çatdırılma

FHN şadlıq sarayının qapısına qıfıl vurdu

Sosial

10 Mart 2026 14:26 1437


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının fəaliyyətini dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!