FHN Samuxda 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

FHN Samuxda 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı - Fotolar

Hadisə

16 Avqust 2020 12:58 1783


Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşması barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!