FİFA təyyarə qəzasında ölən futbolçu ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

FİFA təyyarə qəzasında ölən futbolçu ilə bağlı qərar verdi

İdman

01 Oktyabr 2019 12:22 1187


FİFA təyyarə qəzasında ölən futbolçu Emiliano Sala ilə bağlı qərarını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, qərara əsasən Uelsin “Kardiff Siti” klubu argentinalı oyunçunun transferi üçün Fransa təmsilçisi “Nant”a 6 milyon avro ödəyəcək.

“Kardiff Siti” Salanın transfer məbləğini üç dəfəyə ödəməyə və bu ilin fevralında 5 milyon funt-sterlinq verməyə razı olsa da, rəhbərlik sonradan fikrini dəyişib. Bundan sonra “Nant” “Kardiff Siti”dən FİFA-ya şikayət edib. Dördpendirli pizza

Sala “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də onun da içində olduğu təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!