FIFA Trampın qarşısında niyə acizdir? – “AFFA da həmin mövqeni dəstəkləyəcək”

saytların hazırlanması

Evə çatdırılma

FIFA Trampın qarşısında niyə acizdir? – “AFFA da həmin mövqeni dəstəkləyəcək”

İdman

20 İyul 2026 11:56 458


DÇ-2026-bitdi, amma Donald Trampın növbəti mundialın yenidən ABŞ-də və ya Çinlə birgə keçirilməsi məsələsini FIFA prezidenti Canni İnfantino ilə müzakirə etdiyini bildirib.

“FIFA-da illər əvvəl baş vermiş korrupsiya qalmaqalından sonra qurumun idarəçiliyində ciddi dəyişikliklər baş verdi və həmin prosesdən sonra ABŞ dünya futbolunda təsir imkanlarını daha da artırdı”

Bunu “Yeni Sabah” “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, FIFA artıq müstəqil qərar verən təşkilat deyil və böyük dövlətlərin təsiri altında fəaliyyət göstərir:

“FIFA böyük gücün qarşısında acizdir. Korrupsiya qalmaqallarından sonra qurumun rəhbəri Blatter həbs olundu, Platini uzaqlaşdırıldı, müxtəlif ölkələrin federasiya rəhbərləri maliyyə fırıldaqlarında ittiham olundular. Məqsəd FIFA-ya nəzarəti ələ keçirmək idi və ABŞ buna nail oldu”.

N,Muxtarlı qeyd edib ki, məhz bundan sonra DÇ-2026-nın ABŞ, Kanada və Meksikada keçirilməsi qərara alınıb.

Onun fikrincə, gələcəkdə də ABŞ mundiala ev sahibliyi edə bilər:

“2030 və 2034-cü illərlə bağlı qərarlar verilib. Amma ABŞ istəsə, 2038-ci il dünya çempionatı yenə keçirilə bilər. FIFA-nın buna müqavimət göstərmək imkanı yoxdur. Burada artıq idman prinsipləri deyil, siyasi və kommersiya maraqları həlledicidir”.

Bununla belə, N.Muxtarlı Trampın DÇ-ni Çin və ABŞ-də fikrini real hesab etmir:

“Çin dünyanın ən güclü dövlətlərindən biridir və əlbəttə, dünya çempionatını keçirmək istəyir. Amma İnfantino ABŞ-nin də könlünü almağa çalışır.

Mən ABŞ və Çinin birlikdə dünya çempionatı keçirməsini real hesab etmirəm. Asiyada növbəlilik prinsipi var və vaxtı çatanda Çin də bu hüququ əldə edə bilər”.

Natiq Muxtarlı noyabrda keçiriləcək FIFA prezident seçkilərinə də toxunub Canni İnfantinonun yenidən seçiləcəyinə tam əmin olduğunu bildirib:

"100 faiz əminəm ki, İnfantino yenidən FIFA prezidenti seçiləcək. ABŞ Prezidentinin dəstəklədiyi namizədin seçilməməsi mümkün deyil. Artıq 200-dən çox federasiyanın dəstək məktubu var.

UEFA daxilində müəyyən narazılıqlar ola bilər. Çünki dünya çempionatında komandaların sayı artırılsa da, Avropaya ayrılan yerlər gözlənilən qədər çox olmayıb. Amma bu narazılıqlar nəticəni dəyişməyəcək”.

AFFA-nın bu proseslərdə roluna gəlincə, idman jurnalisti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının FIFA prezident seçkilərinə təsir imkanının olmadığını deyib:

“AFFA-nın heç Azərbaycan futbolunun inkişafı ilə bağlı ciddi mövqeyi yoxdur. Azərbaycan futbolunda problemləri həll edə bilməyən qurumun FIFA prezident seçkilərinə təsir edəcəyini düşünmək mümkün deyil. Böyük ehtimalla UEFA hansı qərarı versə, AFFA da həmin mövqeni dəstəkləyəcək”.

 Natiq Muxtarlı vurğulayıb ki, müasir futbolda əsas söz sahibi artıq idman deyil, böyük dövlətlərin siyasi və iqtisadi maraqlarıdır:

"Bu gün futbol böyük biznesdir. Bu sahədə milyardlarla dollar dövr edir

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!