Meyxanaçı-müğənni Samirə Yusifqızı "Şou ATV" verilişinin növbəti qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, ifaçı 22 yaş ondan böyük olan sevdiyi haqda danışıb. S.Yusifqızı evlənmək istədiyi şəxsin öz atasından 2 yaş böyük olduğunu deyib.
Heç vaxt gəlinlik geyinmədiyini deyən Samirə ailə həyatı qurduğu şəxslə qaçmasından, onun ölümündən danışıb. Ərinin ölümündən sonra o, 2 uşağını tək böyütməli olub və oğlunun başına gələn dəhşətdən bəhs edib: Toyuqlu pizza
"Gözümün qabağında övladım əlimdən gedirdi. İtələdilər çarhovuzun kənarından. Arxası üstə başı dəymişdi daşa. Başı tam açılmışdı. Alın sümüyü çıxmışdı. Alın sümüyünü 3 ay soyuducuda saxlamışdıq.Təsəvvür edin ki, hər dəfə soyuducunu açanda oğlunun sümüyünü görürsən… 3 gün oğlum komada yatdı. 2 ay xəstəxanın həyətində yatmışam. Mülküm, maşınım və qızıllarımı itirdim. Fikirləşirdim ki, özümü dənizə atım, dözə bilmirdim. Yoldaşımın ruhuna çox gedib yalvarmışam ki, bağışlasın məni”.
Telegram kanalımız