Finala bayrağımızla yollanaq!

Finala bayrağımızla yollanaq!

İdman Veb saytların hazırlanması

27 May 2019 13:44 1161


İdman jurnalisti Sənan Şəfizadə “Facebook” hesabında maraqlı təkliflə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, jurnalist Avropa Liqasının finalına gələcək yerli azarkeşləri stadiona bayraqla gəlməyə səsləyib:

“UEFA Avropa Liqasının final matçını təxminən 1 milyard insanın izləyəcəyi gözlənilir. Ona görə "Arsenal"-"Çelsi" oyunu ölkəmizin təbliğatı baxımından çox önəmlidir. Mayın 28-i Vətənimizdə Respublika Günü qeyd olunur, 29-u isə bütün dünyanın diqqətində olacaq futbol matçına tamaşa edəcəyik. Təklif edirəm finala Azərbaycan bayrağıyla gedək, bayrağımızı özümüzlə aparaq. Təsəvvür edin: 50-dən çox ölkədə canlı yayım zamanı hər tribunada bayrağımız dalğalanır. Başqa şəhərlərdə keçirilən oyunlarda Azərbaycan bayrağını görəndə fəxr edirik, gəlin indi dünyaya bayrağımızı göstərək. Dünya finalın Azərbaycanda keçirildiyini yenidən xatırlasın. Finala bayrağımızla yollanaq! 

P.S Ölçüsü 2,0x1,5 m-dən böyük olmaması məsləhət görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!