Finala keçə bilməyən təmsilçilərimizdən   “Avroviziya” AÇIQLAMASI

saytların hazırlanması

Evə çatdırılma

Finala keçə bilməyən təmsilçilərimizdən “Avroviziya” AÇIQLAMASI

Şou

15 May 2025 09:48 274


Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu finala keçə bilməyib. 

Yenisabah.az xəbər verir ki, təmsilçilərimiz sosial media hesabında yarışma ilə bağlı paylaşım edib:

"Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim üçün ən vacib olanıdır. Finala keçəcəyimizi gözləyənlərdən üzr istəyirik və sizdən rica edirik ki, məyus olmayasınız. Biz əlimizdən gələni etdik, səhnədə tam səmimi olduq və bütün emosiyalarımızı verdik. Dördpendirli pizza

Bizə azarkeşlik edən və canlı yayımla bizi izləyən hər kəsə sonsuz təşəkkür edirik. Sizin dəstəyinizi və sevincinizi hiss etdik. Ölkəmizdə hələ çox istedadlı ifaçılar var və biz onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq. Əsas odur ki, biz sübut etdik ki, Azərbaycanda yaxşı musiqi yaradılır və hər zaman yaradılıb.

Dostlarımıza, yaxınlarımıza və İTV komandamıza dərin təşəkkür edirik. Siz bizə inandınız və böyük iş gördünüz. Bunu heç vaxt unutmayacağıq.

Ruhdan düşmürük və bu, bizim üçün böyük motivasiyadır, irəliləməyə davam edəcəyik. Hazır materiallarımız çoxdur və sizinlə paylaşmaq üçün səbirsizlənirik".

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!