Firmino Səudiyyə klubundan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Firmino Səudiyyə klubundan uzaqlaşdırıldı

İdman

09 Fevral 2025 12:33 265


"Əl-Əhli" klubunun hücumçusu Roberto Firminonu Səudiyyə Ərəbistanı Pro Liqası üçün heyətdən kənarlaşdırıb.

Yenisabah.az xəbərverir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Hücumçu Venderson Qaleno ilə müqavilə imzaladıqdan sonra Firmino ölkə çempionatında oynamaq imkanını itirsə də, Asiya Çempionlar Liqasında iştirak ərizəsində qalır. pizza mizza

Daha əvvəl komandanın baş məşqçisi Matias Yaisslenin futbolçu ilə yola getmədiyi haqda xəbərlər yayılmışdı. Klub qış transfer dönəmində Firminonu satmaq niyyətindədir. 

Firmino 2023-cü ilin yayında "Əl-Əhli"yə keçib. Onun müqaviləsi 2026-cı ilin iyununa qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!