Flora Kərimovanın 30 illik qadağası götürüldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovanın 30 illik qadağası götürüldü - Video

Şou

28 Oktyabr 2019 08:25 1268


AzTV-də Xalq artisti Flora Kərimovaya qoyulan qadağa aradan qaldırılıb.

“Yeni Sabah” xəbər verir ki, tanınmış müğənni 30 illik qadağadan sonra ilk dəfə efirdə görünüb. 

Xalq artisti "Görüş yeri" verilişində qonaq olub və yaradıcılıq fəaliyyəti barədə danışıb. F.Kərimova yenidən doğma məkanda olduğu üçün həyəcanlı olduğunu və AzTV-nin onun yaradıcılığında önəmli yerin olduğunu deyib.  Marqarita pizza

Qeyd edək ki, Flora Kərimova “Lider” və “Xəzər” televiziyasında hələ də qadağadadır. Onun TV-lərə dəvət almamasına səbəb millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədar olduğu deyilir. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!