Meksikada “Formula-1” paddokunda 160-a yaxın insan zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, ağız boşluğu infeksiyasından zərər çəkənlərin çoxu “Maklaren”, “Reno”, və “Toro Rosso” komandalarının üzvləridir.
“Toro Rosso”nun pilotu Pyer Qasli, özünü pis hiss etməsinə baxmayaraq, şənbə günü keçiriləcək sərbəst yürüş və kvalifikasiyalara hazırlaşır. “Porşe”nin pilotu Tatyana Kalderon isə sağlamlıq durumu ilə əlaqədar sərbəst yürüşdə iştirak edə bilməyəcək. Toyuqlu pizza
Qeyd etmək lazımdır ki, xəstələnənlərin sayı daim artmaqdadır. Oktyabrın 25-də “Formula-1” personalında da virus infeksiyası aşkarlanıb. /qafqazinfo.az
Telegram kanalımız