“Formula-2“də ağır qəza: pilot həlak oldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Formula-2“də ağır qəza: pilot həlak oldu - Video

İdman

31 Avqust 2019 21:52 1262


"Formula-2" yarışlarının fransız pilotu Antuan Yuber Belçika Qran-prisindəki yarış zamanı qəzaya düşərək həlak olub.

“Yeni Sabah” “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

22 yaşlı fransız insidentdən sonra tibb mərkəzinə aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Yuber zərbə zamanı aldığı xəsarətdən ölüb. pizza hut

Qəzaya düşən ikinci pilot isə Lyej şəhərindəki xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Baş verən insidentə görə, "Formula-2" yarışları dayandırılıb.  

Qəza Yuberin döngəni dönərkən hərəkəti düzgün hesablamaması səbəbindən baş verib. Onun arxasınca gələn amerikalı Xuan Korrea Yuberin bolidinə çırpılıb. Çarpışma anı təxminən 274 km/saat sürətlə baş verib.

Qeyd edək ki, "Formula-2" yarışlarının ümumi hesabında Yuber 8-ci sırada gedirdi. Onun hesabında bu mövsüm iki qələbə var idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!