Fövqəladə Hallar Nazirliyi Əli Həsənovun köşklərini sökür - Video

saytların hazırlanması

Evə çatdırılma

Fövqəladə Hallar Nazirliyi Əli Həsənovun köşklərini sökür - Video

Hadisə

02 Sentyabr 2020 18:26 3669


Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında 1 sentyabr 2020-ci il tarixində ölçüləri 3mx3m olan yüngül konstruksiyalı 2 ədəd köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığı aşkar olunub.

Bu barədə Yenisabah.az-a verilən məlumata görə, FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qeyri-qanuni hesab edilib. pizza hut

Odur ki, göstərilən köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə 2 sentyabr 2020-ci il tarixində ərazidən götürülüb.

Bəzi məlumatlara görə, sözügedən köşklər Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun himayəsində olan "Azərmətbuatyayımı" ASC-yə məxsusdur.

 

/Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!