Fransa vətəndaşı Qarabağda Azərbaycana qarşı vuruşur   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Fransa vətəndaşı Qarabağda Azərbaycana qarşı vuruşur - Foto

Maraqlı

03 Noyabr 2020 11:01 2570


Ermənistan Qarabağ döyüşlərinə muzdlu döyüşçülər cəlb etməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, onlardan biri - Fransa vətəndaşı olan Qrayr Keroqlyandır. 45 yaşlı muzdlu döyüşçü oğlu ilə birlikdə Ermənistana gələrək Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarına qarşı vuruşur.

Modern.az yazır ki, Yerevanda hərbi birləşmələr üçün təlim keçən Qrayt oğlunun Zəngəzurda arxa cəbhədə çalışdığını söyləyib. pizza hut

“Mən Suriyanın Hələb şəhərində anadan olmuşam. 10 yaşında Fransaya köçmüşəm. İndi hərbi hazırlıq keçirəm və çağıran kimi ön cəbhəyə yollanacam”- deyə Keroqlyan açıqlama verib.

Xatırladaq ki, Qarabağ döyüşlərində Fransa ilə yanaşı, ABŞ, Livan və Suriya vətəndaşlarının iştirak etməsinə dair çoxsaylı faktlar möcvuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!