Fransada koronavirusa qarşı peyvənd sınaqdan keçdi

saytların hazırlanması

Evə çatdırılma

Fransada koronavirusa qarşı peyvənd sınaqdan keçdi

Dünya

23 Mart 2020 14:27 1154


Malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat "İnternational Journal of Antimicrobial Agents" jurnalında dərc olunub.

Hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil.  Pepperoni pizza

Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları.

6 pasiyent üzərində aparılan sınaqlar 6 gün sonra bəhrəsini verib. Nəticədə koronavirusa yoluxmuş 6 pasiyentin analizləri neqativ çıxıb.

Alimlərin sözlərinə görə, test qrupunun kiçik olmasına və nəticələrin təsdiqlənməsi üçün daha irimiqyaslı tədqiqatlara ehtiyac olmasına baxmayaraq, əldə olunan nəticələr çox ümidvericidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!